İsmayıllıda uzunömürlü ailələrlə görüş27 may 2023-cü il
İsmayıllı rayonunun Talıstan və İvanovka kəndlərində uzunömürlü ailələrlə görüş keçirilib. Bu barədə ShimalNews RİH-yə istinadən məlumat verir. Tədbir Beynəlxalq Ailə günü ilə bağlı RİH-nin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Sektorunun əməkdaşı Hafiz Kərimov, Mərkəzin direktoru Lətifə Əliyeva, Talıstan və İvanovka kəndlərinin İnzibati ərazi dairəsi üzrə nümayəndələri, orta təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər. İlk öncə Talıstan kənd sakinləri – 65 il birgə ömür sürən, əmək veteranları Əkrəm və Hənifə Əhmədovlar ziyarət olunublar. Onların 9 övladı, 14 nəvəsi və 3 nəticəsi dünyaya gəlib. Qarabağ müharibəsində Əhmədovların bir oğlu şəhid olub. Sonra iştirakçılar İvanovka kəndində olublar. Burada yaşayan “malakanlar” adlanan etnik xalqın nümayəndələri, 5 oğlu olan Nikolay və Polina Belyakovların ailəsi ilə görüş keçirilib. Onlar ailə dəyərləri, keçdikləri ömür yolu haqqında fikirlərini bölüşüblər. Sonda ailələrə gül dəstələri və hədiyyələr təqdim olunub. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |