BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bu sinfin də bütün məzunları tələbə adını alıb

Bu sinfin də bütün məzunları tələbə adını alıb

6 sentyabr 2022-ci il

 

İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə eyni sinfin bütün məzunları tələbə adını qazanıblar.

Modern.az xəbər verir ki, 5 saylı tam orta məktəbin şagirdləri təhsil uğurlarını bu il də təkrarlayıblar. Belə ki, bir sinfin şagirdlərinin hamısı - 17 məzun keçid balını toplayaraq arzuladıqları ali məktəblərə qəbul olublar.

Texniki təmayüllü XI b sinfinin şagirdlərindən 3 nəfəri 600, 5 nəfəri isə 500-dən artıq bal toplayıb. Həmin sinfin məzunu Aydınov Aydın Simran oğlu 676,1 balla rayon birincisidir. O, UNEC-in “İnformasiya təhlükəsizliyi” fakultəsinə daxil olub.

İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə 985 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur. Bu il məktəbi bitirən 51 məzundan 34 nəfəri ali məktəbə qəbul olub.

скачать dle 10.4 UTF-8Forex для начинающих