BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Mingəçevirli məktəblilər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblər

Mingəçevirli məktəblilər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblər

Mingəçevirli məktəblilər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblər
Mingəçevir, 14 dekabr 2016, Şahnəzər Bəşirov
Mingəçevir şəhər 3 saylı beynəlmiləl tam orta məktəbdə təhsil alan şagirdlər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, 3 saylı orta məktəbdə keçirilən tədbirdə şagirdlər 4 xalqın - Azərbaycan, rus, hind və özbəklərin milli adət-ənənələrini, rəqslərini, mətbəxini, musiqisini təqdim ediblər.
Məktəbin müəlliməsi Tahirə Tahirova bildirib ki, məktəbdə multikultural dəyərlər daim qorunur və bu tip tədbirlər mütəmadi olaraq keçirilir: “Məqsədimiz şagirdlərə digər xalqların nümayəndələri ilə dostluq, sülh şəraitində yaşamağı aşılamaqdır. Məktəbdə digər xalqların şagirdləri də dərs alır”.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev çıxış edərək bildirib ki, Mingəçevirdə 11 xalqın nümayəndələri mehriban şəraitdə yaşayırlar. Vaxtilə Su Elektrik Stansiyasının inşası və şəhərin salınması üçün müxtəlif xalqların nümayəndələrinin işləmək üçün Mingəçevirə gəldiklərini, sonradan burada qalaraq məskən saldıqlarını deyən S.Əliyev qeyd edib ki, tolerantlıq bizim üçün əvəzsiz dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.
Sonda şagirdlər “Biz bütün ölkələrdə sülh istəyirik, qoy, uşaqlar dinc və sağlam yaşasınlar” şüarını səsləndiriblər.
Mingəçevirli məktəblilər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblərскачать dle 10.4 UTF-8Forex для начинающих