Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Türkiyə ilə əlaqələri genişlənirMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəvəti ilə Türkiyənin İstanbul şəhərinin “Böyükşəhər bələdiyyəsi”nin və Kar-Der “Kars ve Yöresi Kültür Sosial Yardımlaşma ve Dayanışma Dərnəyi”nin nümayəndələri Orhan Çerkez və Erdal Eren Bayrak Azərbaycanda səfərdə olublar. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qonaqlar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Mərdəkan Mədəniyyət Sarayının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun və digər müəssisələrin rəhbərləri ilə görüşüblər. Tərəflər təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi və müxtəlif çap məhsullarının hazırlanması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, gələcəkdə “Bir millət - iki dövlət” kitabının hazırlanması, Xaçmaz Rayon Mədəniyyət Sarayı, Kar-Der “Kars ve Yöresi Kültür Sosial Yardımlaşma ve Dayanışma Dərnəyi” ilə əməkdaşlıq müqaviləsinin imzalanması və mədəniyyət işçilərinin birgə təlimlərinin keçirilməsi nəzərdə tutulur. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində keçirilən görüşdə isə İstanbul “Böyükşəhər bələdiyyəsi” ilə əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi müzakirə edilib. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |