BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qusarda bəstəkar Elza İbrahimovanın büstü açılıb

Qusarda bəstəkar Elza İbrahimovanın büstü açılıb

20 yanvar 2026-cı il


Yanvarın 16-da Qusar İncəsənət Məktəbinin önündə görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın büstünün açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər bənzərsiz sənətkara olan ümumxalq sevgisindən, onun ölməz əsərlərindən minnətdarlıqla söz açıblar.

Tədbirin bədii hissəsində rayon incəsənət məktəbinin şagirdlərinin iştirakı ilə bəstəkarın mahnılarından ibarət konsert keçirilib.

AZƏRTAC-a öz təəssüratlarını bölüşən bəstəkarın qardaşı Çingiz İbrahimov deyib: “Elza İbrahimova haqqında ən çox yazan müəlliflərdən biri olsam da, hələ onun haqqında deyiləsi sözlər çoxdur. Bu yaxınlarda nəşr olunacaq növbəti kitabımın ən böyük bölməsi "Elza" adlanır. Təəssüf ki, bacımın yaradıcılığının miqyasını, fundamental əsərlərinin qiymətini, ümumən musiqi irsinin zənginliyini hələ tam dərk etməmişik. Bir gün gələcək, onun operaları nəhayət, öz səhnə təcəssümünü tapacaq, dünyanın müxtəlif ölkələrindəki milyonlarla pərəstişkarı bu hadisəni sevinc və qürur hissi ilə qarşılayacaq. Abidəyə baxanda uşaq kimi saf və saya, təbiətən həssas və kövrək Elza gözlərimin önündə canlanır.

Azərbaycan musiqi mədəniyyətinin parlaq ulduzlarından biri, Azərbaycan musiqisinin inkişafına böyük töhfələr vermiş görkəmli bəstəkar Elza İbrahimova bu gün də dillər əzbəri olan əsərlərin müəllifidir. Vətən sevgisi, insanlara olan dərin məhəbbəti və incə zövqü onun musiqisində özünü açıq-aydın göstərir”.

Qeyd edək ki, yanvarın 10-da bəstəkarın anadan olmasının 88-ci ildönümü tamam olub. Duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr Xalq artisti Elza İbrahimovanı heç vaxt unutdurmağa qoymayacaq.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих