Xınalıq xəbərləri
9-10 aprel 2026-cı il
Quba-Xınalıq yolunun Qəçrəşdən aşağı hissəsində torpaq sürüşməsi qeydə alınıb. İri ağac təpədən aşağı sürüşərək əraziyə düşüb. Hadisə nəticəsində yolun Xınalıq istiqamətinə gedən hissəsi birtərəfli bağlanıb. Hazırda nəqliyyat vasitələri yolun yuxarı hissəsindən hərəkət edir. Sürüşmənin hələ də davam etdiyi müşahidə edilir.
* * *
Quba rayonunda dağlıq əraziyə gedən yolda vəziyyət çətin olaraq qalır. Shimal.News xəbər verir ki, Quba–Xınalıq avtomobil yolu hələ də bağlıdır. Ərazidə yağan intensiv qar səbəbindən qar örtüyünün hündürlüyü bəzi hissələrdə təxminən 3 metrə çatıb. Hazırda yolun açılması istiqamətində təmizləmə işləri davam etdirilir. Əraziyə 9 saylı Yol İstismar İdarəsinin texnikası cəlb olunub və qarın yoldan kənarlaşdırılması üçün fasiləsiz iş aparılır. Məlumata görə, hava şəraitindən asılı olaraq yolun qısa müddətdə açılması gözlənilir. |
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |










