Beynəlxalq Mədəni İrs Ustad Məktəbində
1 may 2026-cı il
Şifahi xalq ədəbiyyatı və söz mədəniyyəti üzrə tematik qrupun dərsləri keçirilib 13-17 aprel 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Bülbülün Memorial Muzeyində Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarından biri - “Şifahi xalq ədəbiyyatı və söz mədəniyyəti” tematik qrupu üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub. Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning - PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycan şifahi xalq ədəbiyyatının əsas istiqamətləri - Dədə Qorqud irsi, aşıq sənəti və Molla Nəsrəddin lətifələri üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının şifahi ədəbiyyat kontekstində mənimsənilməsi, dastan və nağıl ənənələrinin tarixi və struktur xüsusiyyətlərinin öyrənilməsi, aşıq sənətinin poetik və musiqi komponentlərinin təhlili, eləcə də iştirakçıların şifahi ifadə, nəql və improvizasiya bacarıqlarının inkişaf etdirilməsi olub. Təlimin əsas tədqiqat sualı isə Azərbaycan şifahi söz irsinin müasir dövrdə qorunması, ötürülməsi və yeni nəsillərə təqdim edilməsi yollarına yönəlib. Proqramın ilk günü - 13 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof. Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) qeyri-maddi mədəni irs anlayışı haqqında məruzə ilə çıxış edib. Prof. Dr. Aybəniz Rəhimova (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) isə “Dastan mədəniyyəti və Azərbaycan şifahi ədəbiyyatı” mövzusunda təqdimat edib. 14 aprel tarixində keçirilən ikinci modul dastan və nağıl ənənəsinə həsr olunub. Dos. Dr. Şəmil Sadıqov (Hədəf Şirkətlər Qrupu, Azərbaycan Nəşriyyatlar Assosiasiyası) “Postmodern Azərbaycan romanında “Dədə Qorqud” dastanı və təhrif edilmiş tarix”, Dos. Dr. Elvin Əliyev (AMEA Arxeologiya və Antropologiya İnstitutu) “Azərbaycanın şifahi ənənəsi kimi folklorun tarixi və əhəmiyyəti” mövzusunda çıxış ediblər. Gün ərzində şifahi nəql məşqləri, dastan parçalarının canlı təqdimatı və improvizasiya üzrə praktiki məşğələlər təşkil olunub. 15 aprel tarixində keçirilən üçüncü modul Azərbaycan aşıq sənətinə həsr edilib. Prof. Dr. Şikar Qasımov “Aşıq sənətinin tarixi inkişaf mərhələləri”, Dos. Dr. Hafiz Kərimov (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Ozan-aşıq sənətinin tarixi-mədəni səciyyəsi”, Dos. Dr. Fərqanə Zülfüqarova (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) isə “Azərbaycan aşıq sənətində qadın aşıqlar” mövzularında çıxış ediblər. Aşıq Qəlbinur İbrahimli (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) saz ifaçılığı üzrə ustad dərsi verib, müxtəlif aşıq sənəti nümunələrindən ifalar səsləndirib, aşıq sənəti janrları və məktəbləri barədə müqayisəli məlumatlar təqdim edib. Praktiki hissədə usta İskəndər Budaqov tərəfindən sazın hazırlanması üzrə ustad dərsi keçirilib. 16 aprel tarixində keçirilən dördüncü modul xalq yumoru və satirik söz mədəniyyətinə həsr olunub. Lətafət Əliyeva (Bakı Slavyan Universiteti) “Şifahi yumor və söz mədəniyyəti”, Arzu Soltan (“Azərbaycan məktəbi” jurnalı) isə “Lətifələrin maarifləndirici və satirik funksiyası. Molla Nəsrəddin obrazı xalq mədəniyyətində” mövzularında məruzə ilə çıxış ediblər. 17 aprel tarixində keçirilən yekun modul çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər. Qrup təqdimatlarında dastan parçaları, aşıq ifası və lətifə təqdimatları yer alıb. Təlim proqramı yekun müzakirə və rəy sessiyası ilə başa çatıb. İştirakçıların yekun qiymətləndirilməsi elmi əsaslandırma, texniki icra, estetik quruluş, yaradıcılıq yanaşması və təqdimat bacarıqları üzrə aparılıb. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb. Proqramın sonunda iştirakçılar Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarını təhlil etmək, şifahi nəql və improvizasiya bacarıqları nümayiş etdirmək və söz irsi nümunələrinin müasir təqdimat yollarını əsaslandırmaq kimi mühüm bilik və bacarıqlar əldə ediblər.
Musiqi və ifaçılıq sənəti üzrə tematik qrupun dərsləri keçirilib 13-17 aprel 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Bülbülün Memorial Muzeyində Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan “Musiqi və ifaçılıq sənəti” tematik qrupu üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub. Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning – PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycan musiqi irsinin əsas komponentləri – muğam sənəti, eləcə də tar, kamança və balaban kimi ənənəvi musiqi alətlərinin hazırlanması və ifaçılıq xüsusiyyətləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Proqramın əsas məqsədi qeyri-maddi musiqi irsi anlayışının mənimsənilməsi, Azərbaycan muğamının tarixi və musiqi quruluşunun öyrənilməsi, ənənəvi musiqi alətlərinin texniki və akustik xüsusiyyətlərinin izahı, eləcə də iştirakçıların ifa və musiqi dinləmə bacarıqlarının inkişaf etdirilməsi olub. Təlimin əsas tədqiqat sualı isə Azərbaycan muğamı və ənənəvi musiqi alətlərinin müasir dövrdə qorunması və inkişaf etdirilməsi yollarına yönəlib. Proqramın ilk günü - 13 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof. Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) qeyri-maddi mədəni irs anlayışı və Azərbaycan musiqi mədəniyyətinin inkişaf mərhələləri haqqında məruzə ilə çıxış edib. Dr. Elmira Abasova (“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi) “Musiqinin fəlsəfi dəyəri”, Prof. Dr. Kübra Əliyeva isə “Muğamın tarixi və milli kimlikdə rolu” mövzularını təqdim edib. 14 aprel tarixində keçirilən ikinci modul tar alətinə həsr olunub. Səxavət Məmmədov (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Tarın yaranma tarixi, formalaşması və ifaçılıq sənəti” mövzusunda çıxış edib və ifaçılıq üzrə ustad dərsi keçirib. Usta Musa Yaqubov isə tarın hazırlanması texnologiyası üzrə praktiki ustad dərsi təqdim edib. 15 aprel tarixində keçirilən üçüncü modul kamança sənətinə həsr olunub. Dos. Dr. Toğrul Əsədullayev (Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) kamança alətinin tarixi və inkişaf mərhələləri barədə məruzə ilə çıxış edib, həmçinin ifaçılıq üzrə ustad dərsi keçirib. Usta Musa Yaqubov tərəfindən kamançanın hazırlanması üzrə praktiki məşğələ təşkil olunub. 16 aprel tarixində keçirilən dördüncü modul balaban sənətinə həsr edilib. Şirzad Fətəliyev (əməkdar artist, Azərbaycan Milli Konservatoriyası) balabanın Azərbaycan musiqisində rolu barədə çıxış edib və ifaçılıq üzrə ustad dərsi keçirib. Praktiki məşğələlər çərçivəsində balabanın hazırlanması prosesi də nümayiş etdirilib. 17 aprel tarixində keçirilən yekun modul çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər. Mehman Mikayılov (tarzən) və Ruslan Adgözəlov (xanəndə) tərəfindən muğam ifaçılığı üzrə məşqlər aparılıb, qrup ifaları və canlı təqdimatlar təşkil olunub. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllim və tələbələri təqdimatlarda fərqləniblər. Təlim proqramı açıq ifa və yekun təqdimatlarla başa çatıb. İştirakçıların yekun qiymətləndirilməsi elmi və nəzəri bilik, ifa bacarığı, ansambl işi, musiqi duyumu və təqdimat bacarıqları üzrə aparılıb. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb. Proqramın sonunda iştirakçılar Azərbaycan muğam sənətinin əsas xüsusiyyətlərini izah etmək, musiqi alətlərinin hazırlanma və ifa prinsiplərini tətbiq etmək və ansambl şəklində ifa bacarıqları nümayiş etdirmək kimi mühüm bilik və bacarıqlar əldə ediblər.
Ənənəvi tekstil, naxış və simvolika mədəniyyəti üzrə tematik qrupun dərsləri keçirilib 20-24 aprel 2026-cı il tarixlərində Bakı şəhəri Yasamal rayonunda yerləşən Zərgərpalan hamamında Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarından biri - “Ənənəvi tekstil, naxış və simvolika mədəniyyəti” tematik qrupu üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub. Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning - PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycanın ənənəvi tekstil sənətinin əsas istiqamətləri – xalçaçılıq, kəlağayı sənəti və ipəkçilik (baramaçılıq) üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının tekstil sənəti kontekstində mənimsənilməsi, xalçaçılıq, kəlağayı və ipəkçilik ənənələrinin tarixi və estetik xüsusiyyətlərinin öyrənilməsi, tekstil sənətində naxışların və rənglərin simvolik məzmununun təhlili, eləcə də ənənəvi toxuculuq texnologiyalarının əsas prinsiplərinin tətbiqi şəkildə mənimsənilməsi olub. Təlimin əsas tədqiqat sualı isə Azərbaycanın ənənəvi tekstil sənəti və naxış sisteminin müasir dövrdə qorunması və davam etdirilməsi yollarına yönəlib. Proqramın ilk günü - 20 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof. Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) qeyri-maddi mədəni irs anlayışı haqqında məruzə ilə çıxış edib. Dr. Fariz Xəlilli (AMEA Arxeologiya və Antropologiya İnstitutu) isə “Arxeoloji tədqiqatlarda tekstil nümunələri” mövzusunda təqdimat edib. 21 aprel tarixində keçirilən ikinci modul Azərbaycan xalçaçılıq sənətinə həsr olunub. Prof. Dr. Kübra Əliyeva (AMEA Arxeologiya və Antropologiya İnstitutu) xalçaçılığın tarixi və xalça məktəbləri haqqında məruzə ilə çıxış edib. Praktiki hissədə xalçaçı-rəssam Fəxriyyə Naxış tərəfindən xalça toxuma texnikaları üzrə ustad dərsi keçirilib və iştirakçılar kiçik toxuma çərçivəsində sınaq işləri yerinə yetiriblər. 22 aprel tarixində keçirilən üçüncü modul kəlağayı sənətinə həsr edilib. Röya Talıblı və Məlahət Talıbova (Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu) kəlağayının tarixi və qadın mədəniyyətində rolu haqqında məlumat veriblər. Həmçinin, kəlağayının hazırlanması, naxışların vurulması texnikası və kəlağayının boyanması üzrə ustad dərsi keçilmişdir. Sulidə Rüstəmova (67 nömrəli tam orta məktəb) kəlağayının əhəmiyyəti, onun xalq ənənələrində və ədəbiyyatda yeri mövzusunda çıxış edib, həmçinin məktəb şagirdlərindən ibarət folklor qrupunun ifasında kəlağayı mövzusuna həsr olunmuş müxtəlif kompozisiyalar təqdim olunub. Vüqar Quliyev (“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu) tərəfindən qəliblə naxış vurma texnikası üzrə ustad dərsi keçirilib. Praktiki məşğələlərdə iştirakçılar sadə naxış dizaynı hazırlayıb, qəliblə naxış vurma və kəlağayının bağlanma üsullarını öyrəniblər. 23 aprel tarixində keçirilən dördüncü modul baramaçılıq və ənənəvi ipək istehsalına həsr olunub. Dos. Dr. Gülzadə Abdulova (Alaca Milli Geyim Evi) baramaçılığın tarixi, kənd məişətində rolu və ipək istehsalının texnologiyası haqqında məruzə ilə çıxış edib. Praktiki hissədə baramadan ip çıxarılması və ipək lifinin hazırlanması prosesi nümayiş etdirilib. 24 aprel tarixində keçirilən yekun modul çərçivəsində mövzular üzrə ümumiləşdirmə və interaktiv müzakirələr aparılıb. Xalça, kəlağayı və ipək sənətləri arasında texniki, estetik və simvolik əlaqələr təhlil olunub. İştirakçılar öz mini tekstil və ornament dizaynlarını təqdim edərək iş prosesini və simvolik məzmununu izah ediblər. İştirakçıların layihələri elmi əsaslandırma, texniki icra, estetik quruluş, yaradıcılıq yanaşması və təqdimat bacarıqları üzrə qiymətləndirilib. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb. Proqramın sonunda iştirakçılar Azərbaycan tekstil mədəniyyətinin əsas xüsusiyyətlərini izah etmək, naxış və ornamentlərin simvolikasını şərh etmək, həmçinin ənənəvi toxuculuq və dizayn prinsiplərini tətbiq etmək kimi mühüm bilik və bacarıqlar əldə ediblər.
|
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |











