BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Mükafatlar Elm və Mədəniyyət üzrə verilib

Mükafatlar Elm və Mədəniyyət üzrə verilib

26 may 2026

2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elm sahəsi üzrə Asəf Hacı oğlu Hacıyev (“Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə) və Tarix Meyrut oğlu Dostiyev (Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə); Mədəniyyət sahəsi üzrə Eldar Hidayət oğlu Mikayılzadə (“Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə) Dövlət Mükafatlarına layiq görülüblər. 

Saytımız və ziyarətçilərimiz adından hörmətli laureatlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

Shahdagpeoples.az

Akademik Asəf Hacı oğlu Hacıyev

 

Tarixçi alim Tarix Meyrut oğlu Dostiyev

Xalq rəssamı Eldar Hidayət oğlu Mikayılzadə

скачать dle 10.4 UTF-8Forex для начинающих