BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Parisdə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Parisdə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Parisdə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə Fransanın yüksək vəzifəli rəsmiləri, Xarici İşlər, Müdafiə nazirliklərinin əməkdaşları, senatorlar, Milli Assambleyanın deputatları, ölkədə akkreditə olunmuş diplomatik korpusun, eləcə də işgüzar dairələrin nümayəndələri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, diaspor təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız və tələbələr iştirak ediblər.

Mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bir sıra çətinliklərlə qarşılaşıb, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazisinin 20 faizi işğal edilib. Bunlara baxmayaraq, Azərbaycan sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib, regionun enerji və nəqliyyat təhlükəsizliyini təmin edən bir sıra mühüm layihələr həyata keçirib.

Rəsmi qəbul ziyafətlə davam edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Parisскачать dle 10.4 UTF-8Forex для начинающих