Qubada keçirilən konfransda Azərbaycanda aparılan sosial, iqtisadi, siyasi islahatların əhəmiyyəti müzakirə edilibBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə iyulun 25-də Quba şəhərində “Yeni hədəflərə doğru” vətəndaş həmrəyliyinin gücləndirilməsi çərçivəsində “Sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti” mövzusunda konfrans keçirib. Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, konfransda BMAM-in sədri, politoloq Rufiz Qonaqov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu barədə ətraflı məlumat verib. O qeyd edib ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və fundamental islahatlar nəticəsində iqtisadi inkişafa, siyasi sabitliyə, qanunvericilik bazasının güclənməsinə nail olunub. BMAM-ın sədri açıq hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının təsdiqlənməsinin, “Elektron hökumət” portalının, “ASAN xidmət”in yaradılmasının, gömrük sistemində “bir pəncərə” sisteminin tətbiq edilməsinin aparılan islahatların tərkib hissəsi olduğunu söyləyib. O, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə münasibət bildirərək deyib: “Dünyanın demokratiya ənənəsi olan ölkələrində vaxtaşırı konstitusiya islahatları həyata keçirilir. Zaman keçdikcə, yeni siyasi situasiya yetişdikcə konstitusiyaya dəyişiklik zərurəti meydana gəlir. Konstitusiyamıza nəzərdə tutulan dəyişikliklərin ən böyük müsbət təsiri Azərbaycan xalqına, dövlətinə olacaq. Azərbaycanın özünü təsdiq etmiş lideri, cəmiyyətin etimadını doğrultmuş siyasi xadimi var”. Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova bildirib ki, ölkədəki islahatlar əhalinin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir. Şəhərimizdə aparılan quruculuq-abadlıq işləri son illər daha da sürətləndirilib. Fermerlərə dövlət səviyyəsində dəstək verilib. Burada aqrar sektor nəzərəçarpacaq səviyyədə inkişaf edib. Quba şəhərinin ölkədəki inkişafda xüsusi payı var. Düşünürəm ki, yaxın gələcəkdə Quba Azərbaycanın ən inkişaf etmiş rayonu olacaq. Həm coğrafi mövqeyimiz, turizm üçün imkanlar, həm də əlverişli münbit torpaq sahəsinin bol olması Qubanın perspektivini yüksəldir. Quba Regional Resurs Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev Azərbaycanın son 20 ildə demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu qət etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda hüquqi dövlət qurulub. Biz hazırda dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi tellər mövcuddur. “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, rayon gəncləri ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmır. Rayonumuzun gəncləri ali məktəblərə qəbul imtahanlarında, yerli və beynəlxalq idman yarışlarında uğurlu nəticələr əldə ediblər. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |