BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Budapeştdə Azərbaycan xalq mahnılarından ibarət konsert olub

Budapeştdə Azərbaycan xalq mahnılarından ibarət konsert olub

Budapeştdə Azərbaycan xalq mahnılarından ibarət konsert olub
Budapeşt, 12 oktyabr 2016, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Xan Şuşinski Fondu ilə birlikdə “Xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərliklə bağlı tədbirlərin keçirilməsi” silsiləsindən xalq mahnılarından ibarət konsert proqramı təşkil olunub. Konsertdə Azərbaycanın Xalq Artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Habil Əliyev, xanəndələr Ehtiram Hüseynov və Sevinc Sarıyeva iştirak ediblər.
Konsertdən əvvəl səfir Vilayət Quliyev musiqiçiləri və tamaşaçıları salamlayaraq Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, diaspor üzvlərinin Vətənlə mədəni-mənəvi bağlarının gücləndirilməsi baxımından bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ərəfəsində baş tutan bu tədbirin müstəqillik illərində digər sahələrlə yanaşı, musiqi mədəniyyətimizin də böyük inkişaf yolu keçdiyinin sübutu olduğunu bildirib.
Xan Şuşinski Fondunun prezidenti, böyük xalq sənətkarının qızı Bəyimxanım Verdiyeva-Cavanşirova çıxışında Fondun xətti ilə son illər bir sıra Avropa ölkələrində həyata keçirilən mədəni-kütləvi tədbirlər haqqında məlumat verib.
Böyük maraqla dinlənilən və dəfələrlə alqışlarla kəsilən konsertdə muğamlar, xalq mahnıları, məşhur bəstəkarların əsərləri səsləndirilib.
Konsertdə Macarıstan paytaxtında yaşayan və təhsil alan azərbaycanlılar, diplomatik korpusun nümayəndələri, macar musiqi xadimləri iştirak ediblər.
Pərvanə Qarayeva, AZƏRTAC-ın xüsusi müxbiri, Budapeşt
Budapeştdə Azərbaycan xalq mahnılarından ibarət konsert olub
Budapeştdə Azərbaycan xalq mahnılarından ibarət konsert olubскачать dle 10.4 UTF-8Forex для начинающих