Azərbaycanda Nuh peyğəmbərin nəvələrinin yaşadığı kəndDünyanın ən məşhur televiziyalarından olan BBC Azərbaycanın Quba rayonunda yerləşən Xınalıq kəndi barədə reportaj hazırlayıb. Missiya.az xəbər verir ki, reportajda kənd əhalisinin tarixi köklərinə, coğrafi yerləşməsinə və adət-ənənəsinə xüsüsi diqqət yetirilib. "Qafqaz dağlarında yerləşən Xınalıq kəndinin sakinləri özlərini Nuh peyğəmbərin nəvələri hesab edirlər. Kənd Azərbaycanın Böyük Qafqaz dağlarında ən yüksək zirvədə yerləşən yaşayış məskənidir. Tarixi 2 min il əvvələ qədər uzanır. Amma bölgə barədə yazan bəzi jurnalistlər kəndin tarixinin 5 min il əvvələ, yəni, Qafqaz Albaniyası dövrünə gedib çıxdığını bildiriblər", - deyə fotoqrafçı Aleksandr Rupeta Xınalıq kəndi barədə dərc etdiyi yazıda bildirib. Fotoqrafçı Aleksandr Rupeta Quba rayonunun etnik tərkibini araşdırmaq məqsədi ilə 2016-cı ilin sentyabr ayında Azərbaycanda olub. Reportajda Quba rayonu ərazisində yerləşən kəndin zəngin mədəniyyətə və etnik tərkibə malik olduğu qeyd edilib. "Qafqaz dağlarının zirvəsində yerləşən kəndə Qafqaz yahudiləri, tatlar və ləzgilər yaşayır". Kənd əhalisi Rupeta özlərini azəri olaraq görmədiklərini deyiblər. "Xınalıq kəndinin əhalisi başqa dildə danışır. Sadəcə kənd əhalisi tərəfindən danışıldığı üçün UNESCO bu dili "yox olma təhlükəsi" ilə qarşılaşan dillər sırasına daxil edib. Amma bu dilin bərpa olunma şansı çox yüksəkdir. Kənddə 300 şagirdə Azərbaycan və İngilis dilləri ilə yanaşı Xınalıq dilində dərslər verilir". Rupeta əhalinin toy adətləri ilə bağlı da maraqlı məlumatlar toplayıb. "Xınalıq kəndində toylar yüz illərdir ki, eyni adət-ənənə əsasında həyata keçirilir. Gəlinin ailəsi qurban kəsir və qonaqlara çay verir. Çay içmək də bir mərasim kimidir. Bu mədəniyyətdə çay çox önəmlidir". Aleksandr Rupeta kəndin yüksəkdə yerləşdiyi üçün çoxlu məhsul yetişdirə bilmədiyini yazıb. "Kartof və bəzi məhsullar kəndin əsas qida mənbəyidir. Kəndlilər Qafqaz və Qərbi Asiyaya məxsus «lavaş» adını verdikləri yuxaları ilə fəxr edirlər. Qadınlar iki saat ərzində bir həftəlik yuxa bişirə bilirlər". Fotomüxbir kəndin iqlimi və əhalinin qidalanması ilə də maraqlanıb. "Quba və Xınalıq kəndi arasında 2006-ci ildə çəkilən yol vasitəsi ilə əhali və ziyarətçilər rayon mərkəzinə gedib gələ bilirlər. Amma iqlim şəraitini mürəkkəbliyi səbəbi ilə yol ilin çox vaxtı bağlı olur. Sentyabr ayında yağan qar hərarəti mənfi 21 dərəcəyə qədər endirir. Soyuqlar düşdükdə isə çobanlar kəndin əsas qida mənbəyi qoyunları dağların ətəklərində yerləşən ərazilərə aparırlar. Kənd əhalisi qoyunlardan qida və geyimlərin hazırlanması məqsədi ilə istifadə edirlər. Amma bununla bərabər onlar qoyunları ticarət məqsədi ilə ətraf kəndlərə aparılır. "Elektrik enerjisi olmadığı üçün kəndlilər mal təzəklərindən istifadə edirlər. Kəndəki daş evlərinin çoxu müxtəlif vaxtlarda baş verən zəlzələlərə baxmayaraq, 200 ilə yaxındır ki, ayaqda durmağı bacarıb". BBC-nin əməkdaşı bildirib ki, modernləşmə min illərdən bəri ayaqda duran bu mədəniyyəti təhdid edir. Elvin Məmmədov Missiya.az |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |