Xınalıqda 14 dərəcə şaxta qeydə alındı28 yanvar 2017 Ölkə ərazisində hökm sürən qarlı-şaxtalı respublikanın Şimal rayonlarında da fəsadlara yol açıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, ötən gecə Qubanın Xınalıq kəndində mənfi 14 dərəcə şaxta qeydə alınıb. Quba Ərazi Hidrometeorologiya Müəssisəsinin məlumatına görə, ümumilikdə Şimal rayonlarında -3-14- dərəcə arasında şaxta müşahidə edilib. Ən çox qar isə 21 sm hündürlüyündə Qubanın Qrız kəndinə düşüb. Qusarın Ləzə kəndinə isə 20 sm qar yağıb. İndi bölgənin bütün rayonlarına qarın yağması davam edir. Avtomobil yolları tamamilə buz bağlayıb. Yollarda bir neçə yol qəzaları, avtomobillərin yolda qalması müşahidə edilir. Bakı-Quba Rusiya sərhədi yolunda kritik vəziyyət yarandığından avtomobillərin hərəkətində azalma müşahidə olunur. Qaynarinfo.az |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |