Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycana layiqincə xidmət etməyə çalışacağam21 fevral 2017 Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 21-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib. Ona göstərdiyi yüksək etimada görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirən Birinci vitse-prezident deyib: “Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam”. Mehriban Əliyeva vurğulayıb ki, gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. “Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam”, - deyə Birinci vitse-prezident əlavə edib. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |