BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » XİN: Cəbhədəki son gərginlik Ermənistanın siyasi təxribatlarının davamıdır

XİN: Cəbhədəki son gərginlik Ermənistanın siyasi təxribatlarının davamıdır

26 fevral 2017

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 25-ci ildönümü və cəbhədə Ermənistanın törətdiyi son təxribatlar barəsində TRT World (English) kanalına canlı müsahibə verib. Müsahibədə XİN rəsmisi Xocalıda Ermənistanın Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət və soyqırım törətdiyini, bir gecənin içərisində 600 nəfərdən artıq insanın öldürüldüyünü deyib.

Oxu.Az xəbər verir ki, cəbhədəki son gərginliyə toxunan H.Hacıyev bildirib ki, bu Ermənistanın siyasi təxribatlarının hərbi müstəvidə davamıdır.  Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətinin yayındırılmasıdır.

O əlavə edib ki, gərginliklərin əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur.

H.Hacıyev münaqişənin həll edilməsi üçün beynəlxalq ictimaiyyətin Ermənistana siyasi və hərbi təzyiqlər göstərməli olduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılmalı olduğunu vurğulayıb.

скачать dle 10.4 UTF-8Forex для начинающих