BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

XƏRÇƏNGİN DƏRMANI TAPILDI

18 mart 2017
Antarktidada yerləşən "Akademik Verdanskiy" stansiyasında işləyən Ukrayna alimləri xərçəng əlehinə dərmanın yaradılmasına nail olublar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu haqda Ukraynanın Milli Antarktida Mərkəzinin direktoru Valeriy Litvinov deyib.
Onun sözlərinə görə, dərman ekstremal şəraitdə yaşayan və ekstremal imkanlara malik olan Antarktik mikroorqanizmlər əsasında yaradılmışdır.
Qeyd olunur ki, "Melovit" adlandırılan dərmanın lisenziyasını biologiya institutu artıq alıb. Lakin, dərman klinik sınaqlardan sonra geniş kütlənin istifadəsinə veriləcək.
скачать dle 10.4 UTF-8Forex для начинающих