BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » AZƏRBAYCANDA AZSAYLI XALQLAR HAQQINDA FİLMLƏR ÇƏKİLƏCƏK

AZƏRBAYCANDA AZSAYLI XALQLAR HAQQINDA FİLMLƏR ÇƏKİLƏCƏK

8 fevral 2017

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu folklor nümunələrinin toplanması, tərtibi və araşdırılması ilə yanaşı, Azərbaycan folklor nümunələrinin tanıdılması və təbliği ilə də məşğul olur. Bu məqsədlə institutun nəzdində fəaliyyət göstərən Folklor Studiyasının xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər bura­xılır. Studiyanın rəhbəri Mahir İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, əvvəllər səyyar fəaliyyət göstərən studiyada əsasən çəkilişlərə önəm verilirdi.   Avadanlıq demək olar ki, yox dərəcəsində idi. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə 2016-cı ilin iyulunda studiyada bərpa-təmir işlərinə başlanılıb. Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov isə bizə həm mənəvi, həm də maddi dəstək oldu. Folklor Studiyası görülən işlər nəticəsində müasir görkəm alıb. Iki ton zalı, montaj otağı, məşq-çəkiliş zalı ən son avadanlıqlarla təchiz olunub.
     M.İbrahimov Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” ansamblının 20 mahnıdan ibarət iki albomunun buraxılmasını studiyanın ilk işi hesab edir. Bunun ardınca AMEA-nın “Keçmişimizi unutmayaq!” layihəsi çərçivəsində “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarından seçmələr əsasında albom buraxılıb. “Quba yəhudiləri” etnoqrafik sənədli filmi (33 dəqiqəlik) də studiyanın gördüyü uğurlu işlərdəndir. Burada Azərbaycanın qədim milli rəqslərindən ibarət rəqs proqramı da hazırlanıb. 
     Gələcək planlardan söz açan M.İbrahimov bildirib ki, studiyada iki hissədən ibarət layihə çərçivəsində Azərbaycanda yaşayan bütün azsaylı xalqların tarixi və adət-ənənələri haqqında, o cümlədən xalqımızın həyat tərzinə çevrilən multikultural dəyərlərlə bağlı silsilə filmlər çəkiləcək. Bundan əlavə, “İrs” ansamblının repertuarı ilə regionlarda konsertlər təşkil etmək nəzərdə tutulub.
 
http://samurpress.net/story.php?sid=2088
скачать dle 10.4 UTF-8Forex для начинающих