BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalar müəyyənləşdirilib

Məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalar müəyyənləşdirilib

Məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalar müəyyənləşdirilib

Bu gün Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda diqqətə çatdırılıb ki, təsdiqlənmiş yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. Dörd mərhələdən ibarət müsabiqə mart-aprel aylarında təşkil ediləcək.

Nazirlikdən bildiriblər ki, yeni qaydalarda direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı beş il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Bu göstəricilərə malik istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər. Əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad olunaraq birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.

Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb edilir. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına uyğun olaraq, müəyyən edilmiş aylıq vəzifə maaşları aprelin birindən orta hesabla on faiz artırılıb.

Strateq.az

 

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих