BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qubernator: “Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar”

Qubernator: “Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar”

 

25 mart 2017

Tbilisi. 25 mart. REPORT.AZ/ Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xizanişvili ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası münasibətlər, azərbaycanlıların sosial-məişət qayğıları diqqət mərkəzində olub.

P.Xizanişvili regionda həyata keçirilən islahatlar, ölkənin iqtisadi inkişafında, ictimai-siyasi, mədəni həyatında azərbaycanlıların rolu barədə ətraflı məlumat verib. O, azərbaycanlıların Gürcüstanın inkişafında, iki ölkə və xalq arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadıqlarını xüsusi qeyd edib.

Qubernator, eyni zamanda, Azərbaycanın Gürcüstana ən çox investisiya yatırdan ölkələrdən biri olduğunu bildirib və regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıb.

Azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində təşkil olunan Novruz bayramı tədbirində Gürcüstan prezidentinin və baş nazirinin iştirakını xüsusi vurğulayıb. Bunu iki ölkə arasında dostluğun sarsılmazlığına və Gürcüstan dövlətinin azərbaycanlılara olan münasibətinin əyani sübutu olduğunu bildirib.

Əflatun Amaşov Azərbaycan dövlətinin Gürcüstan ilə əlaqələrə böyük önəm verdiyini, qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin də mühüm rol oynadığını qeyd edib. Milli Məclisdə yaradılan parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətini xüsusi vurğulayan Ə.Amaşov deyib ki, Gürcüstan parlamentində də belə bir qrupun yaradılması təkcə qanunverici orqanlar arasında deyil, bütün sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcək. O, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dzidziquri ilə görüşəcəyini, deputat həmkarlarını Azərbaycana işgüzar səfərə dəvət edəcəyini, həmçinin, onların ölkənin müxtəlif şəhərlərinə, eyni zamanda, sərhədyanı bölgələrə səfərlərinin təşkil olunacağını bildirib.

Azərbaycan Milli Məclisinin deputatı Novruz bayramında Marneulidə Mərkəzi Kitabxananın açılışını yüksək qiymətləndirib və deyib ki, kitabxanaya mindən çox müxtəlif mövzularda kitablar hədiyyə edəcək.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlı gənclərin bu ölkənin müxtəlif ali təhsil ocaqlarında təhsil almaları və dövlət dilini öyrənmələri məsələsi də diqqət mərkəzində olub.

Ə.Amaşov, 3 minədək azərbaycanlı tələbənin Gürcüstanın müxtəlif universitetlərdə təhsil almasını yüksək qiymətləndirib. Dövlətin dəstəyi ilə gürcü dilini mükəmməl öyrəndikdən sonra onların Gürcüstanın dövlət və hökumət strukturlarında işlə təmin olunacaqlarına və öz ölkələrinin dövlətçiliyinin qurulmasına çalışacaqlarlarına əminliyini ifadə edib.

скачать dle 10.4 UTF-8Forex для начинающих