BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Tarixdə ilk dəfə — Eyni raket kosmosa ikinci dəfə göndərildi

Tarixdə ilk dəfə — Eyni raket kosmosa ikinci dəfə göndərildi

 

31 mart 2017

"SpaceX" şirkəti tarixdə ilk dəfə olaraq raketi kosmosa təkrarən göndərib.

"Ölkə.Az" xəbər verir ki, şirkət tərəfindən "Falcon 9" raketi kosmosa göndərilmək üçün iki dəfə istifadə edilib.

Bu raket artıq ötən ilin aprel ayında "Dragon" kosmik gəmisini orbitə çıxarıb. Kosmik gəmi beynəlxalq kosmik stansiya ekipajı üçün yük daşıyırmış.

Missiyasını başa vuran raket uğurla Atlantik okeanındakı platformaya enib. 31 mart tarixində isə Kanaveral burnundan havaya qalxan raket orbitə "SES-10" peykini daşıyır. Bu layihənin sifarişçisi Lüksemburq şirkətidir.

Bu dəfə də raket missiyasını başa vurduqdan sonra Yerə qayıdıb və uğurla platformaya oturub.

скачать dle 10.4 UTF-8Forex для начинающих