Moskvada Orxan Camalın xatirə gecəsi keçiriləcək
16 сентября 2018 Sentyabrın 17-də Rusiya paytaxtında bu yaxınlarda Cənubi Afrikada müəmmalı şəraitdə qətlə yetirilmiş Azərbaycan əsilli tanınmış jurnalist Orxan Camalın xatirə gecəsi keçiriləcək.
Rusdilli İslam saytlarına istinadla xəbər veriilir ki, tədbir Şərq mətbəxi restoranı “Şeyx-palas”da keçiriləcək.
Tədbirə jurnalistin ailəsi və həmkarları, eləcə də Rusiya federasiyasında yaşayan xalqların nümayəndələri dəvət edilib. Orxan Camalın xatirə gecəsi Azərbaycan və tatar ictimaiyyətinin nümayəndələri tərəfindən təşkil edilib. Jurnalsitin ruhuna müfti Nafuqulla Aşirov dua oxuyacaq.
Maraqlananlar bu telefon nömrəsinə zəng edə bilərlər: 8(929) 656 49 77.
|
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |











