Xaçmazdakı Şəhidlər Xiyabanı əsaslı təmir olunur
25 sentyabr 2020
Xaçmazdakı Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən 225 xaçmazlı şəhidin xatirəsi əbədiləşdiriləcək. Şəhidlər Xiyabanında tikiləcək xatirə kompleksinin qarşısında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulacaq. Yenidənqurma işləri çərçivəsində xiyabanda 17,5 metr hündürlüyündə “Əbədi məşəl” abidə-kompleksi inşa olunacaq. Xiyabanda şəhidlərin şəkilləri əks olunmuş xatirə lövhələrinin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq “Əbədi məşəl” abidə-kompleksinin tikintisinə başlanılıb. Qarşıdakı günlərdə xiyabanda yaşıllaşdırma və xüsusi işıqlandırma sisteminin quraşdırılması işlərinə start veriləcək. Aprel ayından başlanan yenidənqurma işlərinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. http://shimal.arbtv.az/
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |