BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Hindistan Azərbaycan ordusunun təcrübəsini öyrənir

Hindistan Azərbaycan ordusunun təcrübəsini öyrənir

 

12 fevral 2021-ci il

 

Hindistan ordusunun Baş qərargah rəisi, general Manoj Mukund Naravane Azərbaycanla Ermənistan arasında Qarabağda gedən 44 günlük müharibəni “gələcəyin müharibələrinə dair nümunə” adlandırıb.

“The Hindistan Times” xəbər verir ki, Hindistan-Çin sərhədində gərginliyin artmaqda olduğu bir vaxtda general ordunun “gələcəyin münaqişələrinə hazırlaşdığını, ancaq sərhədlərindəki hazırkı münaqişələri də nəzərdən qaçırmadığını” deyib.

Gələcək müharibələrə dair “Centre for Land Warfare Studies” tərəfindən təşkil edilmiş seminarda çıxışı zamanı Hindistan ordusunun rəhbəri bildirib ki,  20-ci əsrdə döyüş meydanında həlledici rol oynayan tanklar, qırıcılar, suüstü gəmilər yeni meydana çıxan problemlər qarşısında daha az əhəmiyyət daşımağa başlayıb.

“Biz İdlibdə, daha sonra Ermənistan-Azərbaycan müharibəsində dronların necə yaradıcı şəkildə və hücum məqsədi ilə istifadə edildiyini gördük. Onlar ənənəvi döyüş alətlərinə-tanklara, artilleriyaya və səngərdə mövqe tutmuş piyadalara meydan oxuyurdu”,-general bildirib.

Qeyd edək ki, Hindistan  Azərbaycan ordusunun Qarabağda ortaya qoyduğu beşinci nəsil müharibə təcrübəsini öyrənən ilk ölkə deyil. ABŞ başda olmaqla bir çox qabaqcıl ölkələr də bu müharibədə dronların kütləvi tətbiqi təcrübəsini nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik edirlər.

azerbaycan24.com

скачать dle 10.4 UTF-8Forex для начинающих