Qədim abidənin öyrənilməsi davam edir27 dekabr 2021-ci il
"Tülü məbədinin tədqiqi işləri davam etdirilir." Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib. Xatırladaq ki, Azərbaycanın şimalında yerləşən Balakən rayonunun Tülü kəndindəki bu qədim alban məbədi alimlər tərəfindən hələ 20217-ci ili yayında aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən elmi dövriyyəyə daxil edilən bu abidə V-IX əsrlərə aiddir. İndiyədək Tülü türbəsinin Şərq divarlarında aparılmış arxeoloji kəşfiyyat işlərinin nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və yaxud da nar tekseri rolunu oynadığı müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr, eni 6-70 və 7-40 metr məsafə arasında dəyişən Qafqaz Albaniyasına məxsus Alban xristian abidəsi tədqiqata cəlb edilib.
Araşdırmalar ilk dəfə abidənin kənar divarlarında aparılıb. Sonra bu işlər məbədin ibadət salonunda və onun qurbangah (altar) hissəsində davam etdirilib. Arxeoloji tədqiqatlar nəticəsində abidənin xarici memarlıq xüsusiyyətləri müəyyən edildikdən sonra daxili tədqiqatları genişləndiriləcək.
Abidənin döşəmə hissəsi kvadrat formalı, ölçüləri 20x20 metr olan və 4-5 sm məsafə arasında dəyişən kərpiclərdən ibarətdir. Məbəd müqəddəs yer sayıldığı üçün burada keramika məmulatlarına az rast gəlinir. Lakin abidənin tikintisində istifadə olunan qaya daşı, kirəc məhlulu və abidədə ibadət dövrü bitdikdən sonra onun dağılma prosesini izləyən 15-ə yaxın mədəni təbəqə müəyyən edilərək tədqiqata cəlb olunub. Arxeoloqların fikrincə, bu abidədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanda arxeoturizmin inkişafı, regionda dini rəngarəngliyin mövcud olması, abidənin qorunaraq gələcək nəsillərə ötürülməsi mövzusunu daha da aktuallaşdırır. Bu da onu göstərir ki, Qafqaz Albaniyasındakı müstəqil Alban katolikosluğu dövrünə aid, xristian dinini özündə əks etdirən yüzlərlə yerüstü və yeraltı abidə öz tədqiqini gözləyir. Qeyd edək ki, Azərbaycanın şimalı Qafqaz Albaniyası dövrünə aid abidələrlə, xüsusən də dini memarlıq tikililəri ilə zəngin olan bölgələrimizdəndir. Lakin təəssüf ki, bunların əksəriyyəti hələ də ciddi elmi tədqiqata cəlb edilməyib və yetərincə qorunmadığından sürətlə dağılmaqdadır. Misal kimi Xaçmaz rayonunun Köhnə Xaçmaz məntəqəsindəki baxımsızlıqdan acınacaqlı hala düşmüş əzəmətli alban məbədini göstərmək olar. Məntiqlə onun həyətyanı sahəsi olmalı idi, ancaq nə yazıq ki, hazırda tarixi abidə... bir nəfərin həyətindədir. Kilsəyə girmək üçün ev sahibindən icazə almaq lazımdır. Alban məbədinin fasadı uçub, tikilinin tamamən məhv olması isə an məsələsidir. Kilsənin içərisində indi ev sahibinin istifadə etmədiyi məişət əşyaları saxlanılır. Ev sahibi gülçülüklə məşğul olduğu üçün kilsənin içərisində əklillərə də rast gəlinir. 1500 illik tarixi bir abidənin kiminsə həyətinə “keçməsi” çox maraqlıdır. Görəsən, ümumiyyətlə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın albanşünas alimlərinin, arxeoloqlarının belə bir tarixi abidənin varlığından xəbəri varmı?..
Köhnə Xaçmaz məbədindən acı görüntülər
Shahdagpeoples.az
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |