BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şuşada “Diaspor Gənclərinin Yay Düşərgəsi”

Şuşada “Diaspor Gənclərinin Yay Düşərgəsi”

29 iyul 2022-ci il

 

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixində Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək. Layihənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan gənc də iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov iştirak etmək üçün vətənə gəlib. O, “Diaspor TV”-nin “Vətən uzaqda deyil” proqramının qonağı olub, ulu babaları və mənsub olduğu nəslin şəcərəsi, eyni zamanda ailələrində həmin şəcərəni əks etdirən sənədlərin olması barədə danışıb.

Qeyd edək ki, Prezident İlham Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıları tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında da dövlət başçısı dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. “Diaspor Gənclərinin Yay Düşərgəsi” layihəsi də bu mərama xidmət edir.

medeniyyet.az

скачать dle 10.4 UTF-8Forex для начинающих