BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Cəbhədə vəziyyət yenidən gərgindir

Cəbhədə vəziyyət yenidən gərgindir

Cəbhədə vəziyyət yenidən gərgindir
Müdafiə Nazirliyi: "Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki yoxdur".
10:13 / "Mülkilər arasında ölən və yaralanan yoxdur"

Ermənilərin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Tərtər rayonunda 17 ev ziyan dəyib. Bir ev isə tamamilə qəzalı vəziyyətə düşüb. Rayonun elektrik, qaz təsərrüfatlarına da ciddi ziyan vurulub. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın həcmini araşdırır.

Ağdam, Bərdə, Tərtər xəstəxanalarından ANS PRESS-ə verilən məlumata görə, mülki şəxslər arasında ölən və yaralanan yoxdur.

9:54 / Erməni mərmiləri Tərtərdə bir neçə evi viran qoydu

"Hazırda cəhbədə atışma səsləri eşidilmir, təmas xəttində nisbi sakitlik hökm sürür". ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, gecə saatlarında ermənilərin atdığı mərmilər Tərtərdə bir neçə evi viran qoyub.

Gecə baş verən güclü zərbələr nəticəsində daha bir mərmi Qaynaq kəndindəki evlərdən birinə düşüb. Bu dəfə mərmi düz evin içinə düşüb, amma evin sakinləri həyətyanı sahədə olduqları üçün burada da xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə həmin ərazidə dağıntının miqyasının daha böyük olduğu deyilir.скачать dle 10.4 UTF-8Forex для начинающих