BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Rusiya bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş verən yanğın söndürülüb

Rusiya bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş verən yanğın söndürülüb

Rusiya bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş verən yanğın söndürülüb
Xəbər verdiyimiz kimi, aprelin 23-də sahildən təqribən 110 kilometr məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına “SOS” siqnalı daxil olub. Dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Adminstrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin AZƏRTAC-a daxil olan birgə məlumatında qeyd olunub ki, görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına Fövqəladə Hallar Nazirliyinin “Mİ-17-1V” və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri cəlb olunub.

Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub. Bir nəfər - baş mexanik Kramcuk Andrey Vladimiroviç isə itkin düşüb.скачать dle 10.4 UTF-8Forex для начинающих