Bir layihədən xoş soraqlar29 avqust 2022-ci il
“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən həyata keçirilən “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihəsi çərçivəsində xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən seçilmiş 16 gənc rəssamın Ağdam rayonuna səfəri təşkil olunub. Türkiyə, Amerika Birləşmiş Ştatları, Belarus, Kuba, İran, Qazaxıstan, Latviya, Malta, Pakistan, Slovakiya, İspaniya, İordaniya, Meksika, Qətər, eləcə də ölkəmizi təmsil edən rəssamlar Ağdam rayonunda Cümə Məscidi, Şahbulağ qalası, İmarət, Mədəniyyət evini, həmçinin Şəhidlər xiyabanını ziyarət etdilər. Rayonun təbiəti və tarixi məkanlarından zəngin təəssüratlar əldə edərək rəssamlar öz əsərlərini yaratmağa başlayıblar. Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə çərçivəsində Ağdamla yanaşı, Şuşa, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır. Layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur. Mədəniyyət Nazirliyinin həmin layihəsi çərçivəsində avqustun 28-də mədəniyyət paytaxtımız Şuşa şəhərindəki məşhur “Qarabağ” otelində bir sıra yaradıcı insanların iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında qeyd olunub ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil olunub. UNESCO-nun xoşməramlı səfiri xanım Hedva Serin himayəsi ilə baş tutan bu beynəlxalq layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü, mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir. Azərbaycanın UNESCO üzrə milli komitəsinin ikinci katibi Emil Əhmədov layihəyə qatıldıqları üçün iştirakçılara təşəkkürünü bildirib. “ArtCamp” UNESCO-nun bir layihəsi olaraq xalqların öz mədəniyyətini, tarixi abidələrini dünyada təbliğ etmək məqsədilə yaradılıb. Layihə zamanı iştirakçılara ölkə daxilində bütün tarixi abidələri ziyarət etmək imkanı yaradılır. Azərbaycan işğalda qalan torpaqlarını azad edib. 30 illik erməni işğalı dövründə yüzlərlə tarixi abidələrimiz dağıdıldığı diqqətə çatdırılıb. Əməkdar rəssam Əsmər Nərimanbəyova ötən il Andorrada keçirilən eyniadlı layihədə iştirak etdiyini söyləyib. “ArtCamp” mədəniyyətlərin mübadiləsi üçün gözəl fürsət olduğu, bu layihənin Azərbaycanı dünyada tanıtmaq üçün çox vacibliyi diqqətə çatdırılıb. İştirakçılara Qarabağın mədəni abidələri barədə məlumat verildiyi, gənc rəssamların abidələrin işğaldan əvvəlki və sonrakı vəziyyətlərini şəkillərdə gördükləri deyilib. Xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək “Youth ArtCamp Shusha and Baku” layihəsinə cəlb edilib. Layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasında, Üzeyir bəyin dağıdılmış evində, Bülbülün ev-muzeyində, Vaqifin məqbərəsində, Cıdır düzündə olublar. Şuşa ilə yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına da səfər planlaşdırılır. "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsinin iştirakçısı azərbaycanlı rəssam Nərgiz Quliyeva jurnalistlərə müsahibəsində deyib ki, “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi)” adlı beynəlxalq layihənin gerçəkləşdirilməsi tarixi və mədəni irsimizin təbliğatı baxımından çox vacibdir. Layihənin iştirakçıları olan müxtəlif ölkələrdən gələn rəssamlar Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixinə böyük maraq göstərirlər. Layihə çərçivəsində Şuşada keçirilən mətbuat konfransı zamanı jurnalistlərə türk rəssam Alpər Bakıcı bunları deyib: “Dünən biz Ağdama səfər etdik, Azərbaycan Ordusunun 44 günlük müharibədə düşmən tapdağından azad etdiyi torpaqları gördük. Biz o şanlı müharibəni çox böyük həyəcanla izləyirdik və qardaş Azərbaycan xalqının qələbəsinə inanırdıq. Ona görə ki, qardaşlarımızın müharibəsi haqq müharibəsi idi. Şükürlər olsun ki, bizim dualarımız qəbul olundu və arzularımız reallaşdı. Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyuldu, haqq öz yerini tapdı. Bizə də bu yerləri gəlib görmək nəsib oldu”. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |