Şuşadan mədəniyyət iqtisadiyyatı mesajları səslənəcək17 sentyabr 2022-ci il
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 18-20 sentyabr tarixlərində Şuşa və Bakı şəhərlərində “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək. “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşəcək tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub. Birinci hissəsi Şuşada, ikinci hissəsi isə Bakıda keçiriləcək beynəlxalq konfransda 15-ə yaxın ölkədən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər mədəniyyət iqtisadiyyatı ilə bağlı aktual məsələləri müzakirə edəcək və bu istiqamətdə öz təkliflərini təqdim edəcəklər. Tədbirin əsas məqsədi mədəniyyət sahəsində gəlirliliyin, yaradıcı sənayelərin ölkə iqtisadiyyatında payının artırılması, yaradıcı sənayelərin ixrac potensialının gücləndirilməsi kimi məsələlərin müzakirəsi və bu sahəyə ictimai marağın təşviq olunmasıdır. Konfransa dəvət olunan xarici ekspertlər mövzu üzrə beynəlxalq təcrübəni bölüşəcək və yerli iştirakçılarla qlobal tendensiyalara dair fikir mübadiləsi aparacaqlar. Beynəlxalq elmi-praktik konfrans eyni zamanda Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi statusunun beynəlxalq aləmdə təbliğinə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq qısa müddət ərzində aparılmış bərpa və yenidənqurma işlərinin beynəlxalq aləmdə tanınmasına xidmət edəcək, həmin ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə olacaq. Beynəlxalq elmi-praktik konfrans barədə daha ətraflı məlumatlar aşağıda qeyd olunan sosial media hesablarında mütəmadi olaraq yayımlanır: Facebook: Culture Economy in Azerbaijan: Development impulses from Shusha (https://bit.ly/3Bgzw4R) İnstagram: culture_economy_az (https://bit.ly/3eLvPwz) culture.gov.az |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |