"Ermənilərə zərbə endirməyə davam edəcəyik"Müdafi Nazirliyi şəxsi heyət arasında itki omadığını açıqlayıb. “Hazırda cəbhə xəttində tam sakitlikdir”. Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib. Onun sözlərinə görə, axşam saatlarından mülki əhalinin yaşadığı əraziləri atəşə tutan qarşı tərəfin mövqeləri və səngərlərinə endirilən cavab zərbələri nəticəsində cəbhədə sakitlik yaranıb. Atəşkəsin pozulması nəticəsində Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki olmayıb. Polkovnik Dərgahlı Ermənistan mətbuatının Azərbaycan tərəfinin ağır altilleriyadan zərbə endirməsinə də münasibət bildirib: “Nə qədər ki, Ermənistan tərəfi mülki əhalinin yaşayış məntəqələrini atəşə tutmağa davam edəcək, Azərbaycan ordusu da onlara müvafiq texnikalardan zərbə endirəcək. Bizim cavab tədbirlərimiz yanlız onların atəş zərbələrinədir". Bu gecə erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |