BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Siyəzənli şəhid Saatmirzə Əzimov

Siyəzənli şəhid Saatmirzə Əzimov

 

1 mart 2021-ci il

 

Aprel döyüşlərinin iştirakçısı olan Saatmirzə Əzimov 44 günlük Vətən müharibəsinə könüllü yollanır. Ürəyi vətən sevgisi ilə döyünən Saatmirzə Cəbrayıl, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərir. 

Anası Xatirə Əzimova:

- Sonuncu dəfə oktyabrın 24-də, gündüz saat 11-də danışmışam onunla. Mən ona zəng eləmişdim. Babasının adını daşıdığna görə ona "Ataş" deyirdik. Soruşdum ki, haradasan, cavab verdi ki, bunu deyə bilmərəm. Ümumiyyətlə, heç vaxt olduğu yeri bizə demirdi. Həmişə məndən dua istəyirdi. 

Siyəzənli döyüşçü Şuşaya gedən yolda, Tuğ kəndi yaxınlığında çoxsaylı qəlpə yaraları alır. Dörd gün yaralı vəziyyətdə güllə yağışının altında qalan Saatmirzə Əzimov döyüş yoldaşları tərəfindən xilas edilsə də komaya düşür. Doğum gününü də komada keçirən Saatmirzə 50 gündən sonra şəhidlik zirvəsinə ucalır.

Fərid Ağamalıyev:

- Şəhid qardaşımız Füzuli, Cəbrayıl, Xocavəndin azad edilməsində fərqlənib. ilkin yardım göstərib onu döyüş meydanından çıxardıq. Elə bil ki, ürəyinə dammışdı, nə vaxt soruşurduq, müharibədən sonra nə işlə məşğul olcaqsan, deyirdi, mən gedə bilməyəcəyəm, şəhid olacağam. Arzusuna da nail oldu, ən böyük zirvəyə ucaldı. 

Atası Firuz Əzimov:

- Həmişə sual verirdi ki, ata, biz nə vaxt bu ermənilərdən xilas olacağıq? Daim bu barədə düşünərdi. Deyirdi ki, mən yata bilmirəm, əziyyət çəkirəm. 

Ailənin tək oğlul övladı olan Saatmirzənin doğmaları həmişə vətənpərvər, gülərüz oğlan kimi xatırlayacaq.

Əmisi Zahid Əzimov:

- Generalımız da, əsgərimiz də gülə-gülə vətəni qoruyur. Bu, çox qürurvericidir. Onların vətən sevgisi nə boydadır, özləri bilirlər. Mən fəxr edirəm ki, onların zəhməti hədər getmədi. Bütün şəhidlərimizin qisasını aldılar. Düşmənə yerini bildirdilər. Mən bu cür övladlarımızın analarının önündə baş əyirəm.

Şəhid Saatmirə Əzimov Siyəzən şəhər qəbiristanlığında dəfn olunub.

shimal.arbtv.az

скачать dle 10.4 UTF-8Forex для начинающих