ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Yeni qurğu tibb bacılarını əvəzləyəcək

Yeni qurğu tibb bacılarını əvəzləyəcək

 

11 mart 2017 

Xəstəxanada növbə gözləyən pasiyent vaxtını daha səmərəli keçirə bilər. Təzyiq, nəbz və çəkinin ölçülməsi sayəsində tibbi personal bu kimi adi işləri yerinə yetirmək əvəzinə daha əhəmiyyətli məsələlərə diqqət ayıra biləcək. Belə ki, Belçikanın “BeWell” şirkətinin hazırladığı qurğu həkim qəbulundan öncə ilkin tibbi müayinədən keçməyə imkan verir.

AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, “WellPoint” adlanan qurğu lazımi işləri kənar müdaxilə olmadan yerinə yetirir. O, bütün işlərə təxminən üç dəqiqə sərf edir. Tibb bacısına isə bunun üçün daha çox vaxt lazımdır. Müayinədən keçmək üçün pasiyent stendin yanında oturaraq ona tibb kartını göstərməli, əlini təzyiqi ölçən cihaza daxil etməklə aparatı aktivləşdirməlidir.

İstehsalçılar bildirirlər ki, “WellPoint” gələcəkdə qan analizləri götürəcək və onda şəkərin səviyyəsini ölçəcək. Stendin illik xidməti tibbi müəssisəyə təxminən səkkiz min ABŞ dollarına başa gələcək.

скачать dle 10.4 UTF-8Forex для начинающих