BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Musiqili Teatrda “Sevənlərindir dünya”

Musiqili Teatrda “Sevənlərindir dünya”

24 iyun 2023-cü il

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında hazırlanan məzhəkənin premyerası keçirilib.

21-22 iyun tarixlərində nümayiş olunan məişət komediyasının ana xəttini iki gəncin – bakılı Şəriflə özbək qızı Müyəssərin ülvi məhəbbəti təşkil edir. Tamaşanın əsas motivi dünyanı xilas edən məhəbbətə olan inam hissidir və bu, iki türk gəncinin timsalında təqdim edilir.

Tamaşanın quruluşçu rejissoru Elməddin Dadaşov, baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatçısı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.

Rolları Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Eleanora Abbasova, Murad Əliyev və Cəbrayıl Cəbrayılov oynayırlar.

Teatrın xor və balet truppasının çıxışı da tamaşaya özünəməxsus rəng və çalarlar əlavə edir. Tamaşada Azərbaycan və özbək xalq musiqisindən, milli rəqslərindən və folklor nümunələrindən istifadə olunub. “Sevənlərindir dünya” həm də iki qardaş xalqın adət-ənənələrindəki yaxınlıq və doğmalığı nümayiş etdirir.

İlk nümayişdən sonra pyesin müəllifi Əmir Pəhləvan deyib: “Bu, mənim teatr səhnəsində tamaşaya qoyulan üçüncü əsərimdir. Bundan əvvəl Bakı Bələdiyyə Teatrında “İnsan və iblis”, Akademik Musiqili Teatrda isə “İstədiyim yar idi” əsərlərim oynanılıb. Bu gün səhnəyə qoyulan tamaşada zəhməti keçən teatrın bütün kollektivinə təşəkkür edirəm. Güman edirəm ki, onlar əsasında iki gəncin sevgisi dayanan əsərə maraqlı və baxımlı səhnə həyatı veriblər”.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих