BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Azərbaycan elminin yubileyidir

Azərbaycan elminin yubileyidir

24 iyul 2023-cü il

 

Düz bir ay əvvəl - 22 iyunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib. İclasda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan elminin təşkilatlanması və institutlaşma ilə xarakterizə olunan mərhələsi XX əsrin 20-ci illərində qoyulub. Bu sırada ilk ümum-Azərbaycan elmi mərkəzi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xüsusi yeri var. 2023-cü il noyabrın 2-də Cəmiyyətin yaradılmasının 100 illiyi tamam olur. Əlamətdar yubiley silsilə tədbirlərlə qeyd olunacaq.

Bu barədə AMEA Rəyasət Heyətinin iyunun 20-də keçirilən iclasında akademiyanın prezidenti İsa Həbibbəyli məlumat verib.

Qeyd olunub ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti tarixi, etnoqrafik, diyarşünaslıq araşdırmalarının aparılmasında, iqtisadi və təbiət elmlərinin inkişafında mühüm işlər həyata keçirib. Cəmiyyətin ilk sədri Əbdurrəhim bəy Haqverdiyev olub.

Cəmiyyətin ən mühüm tarixi xidmətlərindən biri də 1926-cı ildə I Türkoloji Qurultayı keçirməsi olub. Azərbaycanda akademik elmin inkişafı sahəsində Cəmiyyətin əldə etdiyi nailiyyətlər bu sahədə strukturlaşmanın daha da təkmilləşdirilməsinə ehtiyac yaratmışdı. Bunun nəticəsində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 noyabr tarixli qərarı əsasında Azərbaycan Elmi Tədqiqat İnstitutunun Əsasnaməsi təsdiq edildi. Məhz bu institutun bazasında sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi, daha sonralar isə Azərbaycan Filialı və nəhayət, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olundu.

İclasda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilib.

 

P.S. Ötən həftələr ərzində yubileyə hazırlıq istiqamətində hansı addımlar atılıb bilmirik, amma bu qərardan 14 ay əvvəl yazılmış bir yazını diqqətinizə yetirmək istəyirik. Çünki bu barədə zamanında "Mədəniyyət/Culture" elmi-metodiki, publisistik jurnalın mart-aprel (342) 2022-ci il tarixli sayında (səh. 29-31) ətraflı yazmışıq. Arzu edən oxucularımız tanış ola bilərlər:  

http://medeniyyetculture.com/journal/158

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих