BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Xaçmazda Şıxlar bəylərinin altıguşəli türbəsi

Xaçmazda Şıxlar bəylərinin altıguşəli türbəsi

24 iyul 2023-cü il

 

Altıguşəli türbə Xaçmaz rayonunda, Şıxlar kəndində yerləşir. Tarixi abidə, həmçinin Şıxlar bəylərinin türbəsi kimi də tanınır. Türbə XIX əsrə aid edilir.

Məqbərə keçmiş Quba qəzasında, XIX əsrin sonları – XX əsrin əvvələrində, Şıxlar bəyləri kimi məşhurlaşan üç qardaşdan birinin və onun yaxınlarının məzarları üzərində inşa olunub. Məqbərədə dörd qəbir var.

Türbə altıguşəli formaya malikdir. Məqbərənin günbəzi 1970-ci illərin sonlarından sonra dağılıb. 1980-ci illərdə türbənin dam örtüyü bərpa olunub. Məqbərənin hər bir üzü ikiqat tağla bəzədilib. Türbənin günbəzi yarımdairəvidir.

Məqbərədə yerləşən dörd qəbirdən ikisinin başdaşının sınmasına baxmayaraq, sonradan onlar bərpa edilmişdir. Ehtimal edilir ki, məqbərədə olan qəbirlər 1970-ci ildə qızıl axtaranlar tərəfindən sındırılmışdır.

Altıguşəli türbə yerli əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən qorunur. Hazırda tarixi abidə baxımsız vəziyyətdədir.

скачать dle 10.4 UTF-8Forex для начинающих