Qubada ermənilərin törətdiyi “Qanlı dərə” faciəsinin qurbanları yad olunubXX əsrin əvvəllərində Qubada baş vermiş “Qanlı dərə” faciəsinin 98-ci ildönümü ilə əlaqədar həmin əraziyə yürüş təşkil edilib. APA-nın şimal bürosunun verdiyi məlumatına görə, Müdafiə Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti və Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi qrupunun üzvləri “qanlı dərə”yə gələrək faciə qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. “Bura Qanlı dərədir” adlı ədəbi-musiqili kompozisiyası təqdim olunub. Tədbir iştirakçıları 1918-ci ildə Qusardakı “qanlı dərə”də erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılan abidəni də ziyarət ediblər. Anım tədbiri Müdafiə Nazirliyinin Qusarda yerləşən N saylı hərbi hissəsində davam etdirilib. Çıxışlarda “Qanlı dərə” faciəsinin tarixi, həmin döyüşlərdə qəhrəmanlıq göstərən yerli sakinlər və erməni təcavüzkarlarının törətdiyi vəhşiliklərdən danışılıb. Bununla yanaşı aprelin əvvəllərində Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açan natiqlər torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamlarını ifadə ediblər. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |