BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Xınalıqda tədqiqatlar bu yay da davam edib

Xınalıqda tədqiqatlar bu yay da davam edib

27 sentyabr 2023-cü il

 

Yerli məlumat mənbəyimiz xəbər verir:

Xınalıqda arxeoloji tədqiqatlar bu yay da davam etdirilmişdir.

Kəndin yaxınlığında üç möhtəşəm abidə mövcuddur ki, bunlardan biri Zanqarda, biri kəndlə üzbəüz, Qudyalçayın sağ sahilindəki Bərguşanə və “Kıma Liqebiriş"dur. Həmin abidələrin ən qədim dövrünün Kür-Araz mədəniyyəti ilə bağlı olduğunu təsdiqləyən materiallar mövcuddur. Bundan başqa Xınalıqda qazıntılar aparılan sahədə antik dövrə aid yaşayış məskəni və nekropol-qəbiristanlıq aşkar edilib. Buradan əldə edilən materiallar çox maraqlı, zəngin arxeoloji tarixi əks etdirən bir mənbə kimi qəbul oluna bilər. Maraqlıdır ki, tapıntılar müxtəlif dövrlərə aiddir: bunlar antik dövrdən başlamış ilk orta əsrlərə kimi davam edir. Hələlik bu tarixi amplituda dəqiq təsdiq olunur.

Qəbirlər daş qutu tiplidir. İnsanlar arxası üstdə, üzü cənuba ya da şimala istiqamətlənib. Şərq və qərb istiqamətli qəbirlər də var. Qəbirlərdən çıxan materiallar əsasən silah, bəzək əşyalarıdır. Buradan son tapılan bir çox maraqlı materiallardan biri də ərəb dövrünə, VIII əsrə aid II Yezid Əbdül Malikin zamanında kəsilmiş pullardır. Bunlar qəbirlərdən aşkar edilib və qəbirlərin tarixini təsdiqləyən maraqlı mənbədir.

Keçən illərdə buradan tapılan Bizans-Roma mədəniyyətinə aid hərbi döyüşçüyə məxsus əşyanın üzərində Meduza Qarbonun təsvirinin olması təsdiqləyir ki, Xınalığın ərazisi qədim çağlardan başlayaraq keçid məntəqə rolunu oynayıb. Burada tapılmış istehkamların, yaşayış yerlərinin qalıqları onu sübut edir ki, bu ərazilər strateji məntəqə olub. Tapılan ərəb və Sasani pullarından başqa aşkar edilmiş silahlar onu göstərir ki, burada müxtəlif dövrlərdə hərbi-strateji məntəqə olmuşdur. Misal üçün, ərəb, Sasani, Bizans münaqişəsi dövrünə aid gümüş pullar da bu fikri təsdiq edir. Maddi-mədəniyyət baxımından əlaqələr genişdir. Azərbaycanın Şirvan bölgəsi, Mingəçevir, İsmayıllı, Xınıslı ərazisində tapılan materiallarla sırf eyni antk dövrə, ilk orta əsrlərə aid saxsı nümunələri və digər materiallar aşkar edilib. Burada həm Qafqazada hərəkət edən tayfalar Dağıstan istiqamətinə, qərbə, şərqə doğru irəliləmişlər. Bu materiallar göstərir ki, Xınalıq qıraqda qalmamış, hərbi-strateji bir məntəqə olub, istər sarmatların, istərsə də Hunlar, Xəzərlər, Sasanilər arasında siyasi proseslərdə iştirak etmişdir.

Bu ərazidə tapılan materiallar onu göstərir ki, ərazi strateji baxımından əhəmiyyətli olmuşdur və tədqiqatlar davam etdirilsə həmin məkandan çox maraqlı maddi-mədəniyyət nümunələri üzə çıxa bilər. Əsası odur ki, Xınalıq yaxınlığında olan abidələr Kür-Araz mədəniyyətindən – 5 min ildən başlamış ta son ilk orta əsrlərə kimi davam etmişdir.

 

P.S. Xınalıqda əvvəlki bir neçə ildə aparılmış qazıntılar və əldə edilmiş artefaktlarla tanışlıq üçün bu linklərə daxil olunmalıdır:

 

https://www.heritage.org.az/news/xinaliqda-arxeoloji-tedqiqatlar-ilkin-unikal-elmi-neticeler-ortaya-cixarib

 

https://report.az/elm-ve-tehsil-xeberleri/xinaliqda-arxeoloji-tedqiqatlar-ilkin-unikal-elmi-neticeler-ortaya-cixarib/?fbclid=IwAR2bLI17odKQa5AZ2Jai-rjwCWuYxhTEP5U6WWEXLUYrnL961AdZNVB9KdA

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих