BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Afinada Azərbaycan məzarlarından danışılıb

Afinada Azərbaycan məzarlarından danışılıb

24 aprel 2024-cü il

 

Yunanıstanın paytaxtı Afina şəhərində Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyası, Yunanıstanın Harokopio Universiteti və Böyük Britaniyanın York Universitetinin birgə təşkilatçılığı ilə Məzarlıq Araşdırmaları üzrə Beynəlxalq Konfrans keçirilib. Konfransda Azərbaycandan olan QHT sədri – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Fariz Xəlilli geniş məruzə və təqdimatla çıxış edib. Burada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb.

Fariz Xəlilli Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal altında saxlandığı dövrdə Qarabağ və Şərqi Zəngəzurda 600-dən çox qəbiristanlığın dağıdıldığını, məzarların uçurulduğunu, bir çox qəbirlərin açılaraq içərisində qızıl diş axtarıldığını, daşlarının oğurlandığını qeyd edib. O, azad edilmiş ərazilərdə bir sıra məzarlıqlarda şəxsən monitorinqlər apardığını, bu barədə hesabat hazırladığını bildirib. Fariz Xəlilli diqqətə çatdırıb ki, Kəlbəcərdə - Ağdaban qəbiristanlığında UNESCO siyahısında olan aşıq sənətinin məşhur nümayəndəsi Aşıq Qurban Ağdabanlının, Aşıq Şəmşirin məzarları da işğal dövründə dağıdılıb.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri son vaxtlar Qarabağda və Şərqi Zəngəzurda kütləvi məzarlıqların aşkarlandığını qeyd edib. O, bütün bunların müharibə cinayətləri olduğunu bildirib: “Birinci Qarabağ müharibəsində 4000 nəfərdən çox azərbaycanlı itkin düşüb. Onlar haqqında Ermənistan dövləti hər hansı ümidverici informasiya vermir. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra azad olunan torpaqlarda minaların təmizlənməsi ilə yanaşı, mümkün kütləvi məzarlıqları da həssaslıqla izləyir...

 

 

2024-cü ilin mart ayına qədər Qarabağda 16 kütləvi məzarlıq aşkar olunub. Hələlik sonuncu kütləvi məzarlıq 2024-cü ilin fevral ayında Xocalı şəhərində aşkar olunub... Təkcə 1992-ci ildəki Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin ümumi sayı 196 nəfərdir”.

O, Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyasını və beynəlxalq konfransda ABŞ, Böyük Britaniya, İsveçrə, Yunanıstan, İtaliya, Rumıniya, İsveç, Çexiya, Yaponiya, Hindistan, Xorvatiya və digər ölkələrdən olan məzarlıq üzrə alim və tədqiqatçıları bu mühüm faktlara diqqət yetirməyə çağırıb.

shahdagpeoples.az

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих