BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Azərbaycan əsilli türkiyəli astronavt kosmosda

Azərbaycan əsilli türkiyəli astronavt kosmosda

8 iyun 2024-cü il

 

Bu gün Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangir Atasever ABŞ-nin Nyu-Meksiko ştatındakı “Spaceport” kosmodromundan kosmosa uçub.

O, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə başlayıb.
Tuva Cihangir Atasever və missiyanın digər üzvləri, onları yola salan doğmaları və media nümayəndələrinin qarşısında “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.

Təxminən bir saat yarım davam edəcək uçuş ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübənin aparılması planlaşdırılıb.

скачать dle 10.4 UTF-8Forex для начинающих