“Tac Mahal” kimi tanınan məscidin 120 ili18 oktyabr 2024-cü il
Oktyabrın 18-i Qusarın Hil kənd məscidinin 120 ili tamam olur. Shimal.News qədimi ibadət ocağı ilə bağlı hazırladığı bəzi məlumatları oxucularla bölüşür. Hil kənd məscidi rayonun mərkəzindən 17 kilometr məsafədə yerləşir. Onun tikintisi 1904-cü (bəzi mənbələrdə 1908-ci) ildə başlayıb və 1912-ci ildə yekunlaşıb. Bu ikimərtəbəli məscidi xarici görünüşünə görə dünyanın yeni yeddi möcüzəsindən biri sayılan Hindistanın Aqra şəhərindəki məşhur Tac Mahal məqbərəsinə bənzədirlər. Sovet dövründə məscid taxıl anbarı və klub kimi istifadə olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə, öz fəaliyyətini bərpa etmişdir. Məscidin divarları çiy kərpicdən hörülüb və üzərlərində ərəb dilində yazılmış bir neçə lövhə var. Onların birində yazılır: “Bağışlayan və mehriban Allahın adı ilə. Hər kəsdən əvvəl Allaha həmd olsun. Hər çətinliyin həlli üçün Allaha həmd olsun. Hər halımzda Allaha həmd olsun. Gizli olduğu üçün saxlanıb, uzun müddət toxunmayın, yaşamaq üçün həmd olsun …….” 2013-cü ildə məscid yararsız hala düşdüyündən, fəaliyyətini müvəqqəti dayandırmışdı. Yerli sakinlərin sözlərinə görə 2013-cü ilə qədər məscid sonuncu dəfə keçən əsrin 70-ci illərində əsaslı şəkildə təmir edilib. 2019-cu ildə əslən bu kənddən olan Ukraynalı biznesmenin maddi dəstəyi ilə, Hil kənd məscidi yenidən bərpa edilib. Kənd məscidi təmirdən sonrada əvvəlki görüşünü qoruyub saxlayıb. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |