BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qubada mürəkkəb tibbi əməliyyat uğurla keçirilib

Qubada mürəkkəb tibbi əməliyyat uğurla keçirilib

3 aprel 2025-ci il

 

Regional Travmatoloji Mərkəzdə ilk dəfə olaraq boş pəncə və varus deformasiyasının, Axil vətərinin tenoplastikası, qamış əzələsi ilə uzun incik əzələsinin vətərinin transpozisiyası ilə patologiyanın aradan qaldırılması əməliyyatı icra edilib.

Shimal.News xəbər verir ki, ilk dəfə 14 yaşlı pasiyent üzərində icra olunan əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, Regional Travmatoloji Mərkəz Quba rayonu ilə yanaşı, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə travmatoloji xidmətlər göstərir, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

Mərkəzin yaradılmasında məqsəd regionda yaşayan əhalinin müvafiq profil üzrə ixtisaslı tibbi xidmətə əlçatanlığının təmin edilməsindən ibarətdir.

İndiyədək yalnız paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatlar hazırda sözügedən Mərkəzdə də həyata keçirilir.

скачать dle 10.4 UTF-8Forex для начинающих