BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qrızdakı tarixi məscid bərpa ediləcəkmi?

Qrızdakı tarixi məscid bərpa ediləcəkmi?

13 aprel 2025-ci il

 

Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidinin dağılma təhlükəsinin qarşısının alınması üçün Milli Məclisə müraciət olunub.

"Modern.az" xəbər verir ki, tarixçi alim Elnur Nəciyev məsələ ilə bağlı Milli Məclisin 3 komitəsinə - Mədəniyyət, Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitələrinə məktub ünvanlayıb.

Məktubda qeyd olunur ki, Əbu Müslüm məscidinin qarşısında tanıtım lövhəsi qoyulsa da, çox təəssüf ki, məscidin sadəcə divarları qalıb, dirəkləri isə uçub. Buna görə də tarixi məscidin bərpasına çox gərək var. Məscidin nəfis naxışlarla bəzədilmiş taxtaları isə kəndin ərazisi boyunca səpələnib.

Qeyd edək ki, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri və Alban irsinin daşıyıcılarının yaşadığı Qubanın Qrız kəndində tariximizin müxtəlif dövrlərinə şahidlik edən tarixi abidələrdən olan ərəb sərkərdəsi Əbu Müslüm Xorasaninin (718-755) adını daşıyan məscid Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra). Bu məscidin tikilmə tarixi hicri 131, yəni miladi 748/749-cu ilə aiddir.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих