BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Quba və Qəbələdə şəhidlər dəfn edilib

Quba və Qəbələdə şəhidlər dəfn edilib

12 sentyabr 2025-ci il

 

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Quba şəhidi dəfn olunub.

Şəhid Murad Məlikməmməd oğlu Vəliyevin cənazəsi Quba şəhərinin girişində, “Gənclər parkı”nın qarşısında qarşılanıb.

Şəhid Vəliyev Nütəh kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Birinci Qarabağ müharibəsinin 33 il sonra tapılan itkin düşmüş şəhidi Vəkil Möylan oğlu Qayıbovla vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vəkil Qayıbov 1973-cu il avqustun 30-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Shimal.News

 

скачать dle 10.4 UTF-8Forex для начинающих