Türkiyəli ekspert: Metsamor AES-də yarana biləcək nasazlığın nəticələri Çernobıl faciəsindən dəfələrlə ağır olacaq![]() Ermənistanda istismar vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasında (AES) yarana biləcək hər hansı bir texniki nasazlıq Çernobıl faciəsindən dəfələrlə ağır nəticələr riski yaradır. Bu AES-in seysmoloji ərazidə yerləşməsi bəşəri fəlakət təhlükəsidir. Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində İstanbuldakı Böyükçəkməcə Təbiəti Mühafizə və Yaşıllaşdırma Dərnəyinin sədr müavini Səlahəddin Bulud bildirib. O deyib ki, istismar müddəti çoxdan başa çatan Metsamorun köhnə avadanlıqlarla fəaliyyətini davam etdirməsi ətraf mühit üçün ciddi təhlükə mənbəyidir. Bu AES-dəki köhnə avadanlıqlar ixrac olunan radioaktiv tullantıların həcmini dəfələrlə artırır. Bu isə radiasiyanın təbii formada bölgə ölkələrinə yayılmasına səbəb olur. Ekspert bildirib ki, Metsamor AES-in gələcək taleyi sülhsevər dünya ictimaiyyəti qarşısında dayanan ən başlıca məsələlərdən biridir. BMT və digər beynəlxalq təşkilatlar, dünyanın mütərəqqi qüvvələri Metsamorun bağlanmasına nail olmaq üçün bütün imkanları səfərbər etməlidirlər. |
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |











