"Bənövşə gölü"ndən xəbərlər
12 aprel 2026-cı il
Milli Məclisdə “Bənövşə gölü” su anbarının bərpası məsələsi qaldırılıb. Apa.аz-ın məlumatına görə, bu barədə Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov danışıb. "Shimal. News" saytı, noyabr, 2024 * * * Qusar rayonunda quruyaraq bataqlığa çevrilən məşhur “Bənövşə gölü” su anbarının bərpasına və yenidən qurulmasına sərf olunacaq vəsaitin həcmi məlum olub. Bu baradə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib. Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işləri yekunlaşdırıb. Sözügedən işlərin icrasını “Kirs” firması öz üzərinə götürüb və şirkət layihənin maliyyə dəyərini qiymətləndirərək ADSEA-ya 670 min manat təklif edib. Yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir. Qeyd edək ki, Qusar şəhərinin yaxınlığında yerləşən “Bənövşə gölü” su anbarı 1982-ci ildə inşa edilərək istifadəyə verilib. Su anbarı 30 ildən çox Qusar şəhərini və ətraf kəndləri içməli su ilə təmin edib. 2016-cı ildə Qusar şəhərinin içməli su sistemi yeniləndikdən sonra “Bənövşə gölü” istifadəsiz və baxımsız qaldığından quruyub. Hazırda bataqlığı xatırladan bu ərazinin bərpası ötən il Milli Məclisdə müzakirəyə çıxarılmışdı. "Samur" qəzeti, dekabr, 2025 * * * Qusarda 1982-ci ildən 2016-cı ilə qədər istismar olunan və artıq 10 ildir istifadəsiz qalaraq bataqlığa çevrilən "Bənövşə gölü" su anbarı yenidən bərpa olunur. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bu məqsədlə keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi və rayon ictimaiyyəti iştirak ediblər. Bildirilib ki, su anbarı 2016-cı ildə "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması” layihəsinin icrası başa çatdıqdan sonra istifadəsiz qalaraq quruyub. Layihə üzrə su anbarının bərpası işlərinə başlanılıb. Su anbarının yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür. Layihənin icrası nəticəsində 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Hazırda su anbarının bərpası layihəsinin birinci mərhələsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi planlaşdırılıb. Qeyd edək ki, Qusar rayonunda növbəti mərhələdə içməli su təminatında ciddi problemlər yaşanan Köhnəxudat, Əvəcük, Gədəzeyxur, Bədişqala, Gündüzqala, İmamqulukənd kəndlərinə su xətlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin də bu anbara qoşulması nəzərdə tutulur. "Azərtac" İA, 10 fevral, 2026
|
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |














