Universal mikrorobotların yaradılması texnologiyası kəşf edilibİsveçrə alimləri istiliyin təsiri nəticəsində konfiqurasiyanı dəyişə bilən yüksək buraxılış qabiliyyətinə malik universal mikrorobotların yaradılması texnologiyasını hazırlayıblar. AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, yeni mikrorobotların yaradılması özündə bir neçə mərhələni birləşdirir. Maqnit nanohissəcikləri biouyğun hidrogelə yerləşdirən texnologiya yaradıcıları nanohissəcikləri elektromaqnit sahəsi vasitəsilə yönəltməyə nail olublar. Sonra hidrogel bərk aqreqat halına gətirilənədək polimerləşdirilib və prototip nanohissəciklərin istiqamətinə uyğun toplanan və həcmli arxitektura formasını alan suya yerləşdirilib. Mikrorobota elektromaqnit sahəsi ilə təsir edən alimlər suda onun hərəkətini idarə edə biliblər. İsidilmə zamanı qurğu formasını dəyişdirərək “açılmağa” başlayıb. Eksperimentdə tədqiqatçılar “Trypanosoma brucei” bakteriya növünün (Afrika tripanosomozu və ya yuxu xəstəliyi törədici mikrobu) hərəkətini imitasiya edən robotu sintezləşdiriblər. “Trypanosoma brucei” üçün onlara hərəkət etməyə kömək edən qamçıların mövcudluğu xarakterikdir. İnsan qanına düşən qamçı sağ qalma şansını artırmaq üçün gizlənməyə çalışır. Alimlər bu mexanizmi mikrorobotda təkrarlaya biliblər. Belə ki, hərəkət etmək üçün qamçıdan istifadə edən qurğu isidilmə zamanı onu bədən ətrafına sarıyıb. Elmi assistent Selman Sakar bildirib ki, bizim metodika orijinala daha uyğun motorikanı (əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işi) təkrarlamaq üçün əksər formalarda sınaqdan keçirilə bilər. Həmçinin tədqiqat insan orqanizmi daxilində bakteriyaların hərəkət üsulları və onların xarici mühit dəyişikliklərinə uyğunlaşması barədə qiymətli informasiyanı verir. Texnologiyanın sınaqları davam etdirilir. Məsələn, qrupun qarşısında mikrorobotların mümkün əlavə təsirlərə məruz qalmasını yoxlamaq vəzifəsi durur. Mikrorobotlar bir millimetr ölçüdə mobil qurğulardır. Kiçik ölçü onları, xüsusilə tibbi sahədə tətbiq edilmək, o cümlədən orqanizmin təcrid edilmiş yerlərinə yüksək spesifikliyə malik preparatların çatdırılması, yüksək dəqiqlikli əməliyyatların həyata keçirilməsi üçün cəlbedici alətə çevirir. Simsiz birləşmələrin inkişafı ilə mikrorobotların buraxılış qabiliyyəti imkanları daha kompleksli və miqyaslı vəzifələrin yerinə yetirilməsi çərçivəsində digər mikrorobotlarla əlaqə üçün artırılıb. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |