Bu il Azərbaycanda 4 min 849 zəlzələ qeydə alınıbBu il Azərbaycanda 4 min 849 zəlzələ qeydə alınıb. İlin ötən dövrü ərzində 3 və 3 baldan yuxarı olan 57 təkan olub. Baş verən zəlzələlərdən 10-u hiss olunub. AZƏRTAC xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqust ayının 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Q.Yetirmişli bildirib ki, Azərbaycanda ən aktiv seysmik zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır. Zəlzələ nə qədər dərində olsa, onun hissedilmə arealı daha geniş olur: "Dünən baş verən zəlzələ də bir neçə ətraf rayonlarda 4 bal gücündə hiss olundu. Zəlzələdən sonra isə bir neçə afterşok qeydə alınıb". Baş direktor zəlzələnin səbəbləri barədə danışarkən deyib ki, İmişlidə baş verən zəlzələ Kür uzununa və Qəbələ-İmişli dərinlik qırılmaları nəticəsində yaranıb. Qeyd edək ki, dünən İmişli rayonunda bir gün ərzində üç zəlzələ baş verib. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |