Artıq smartfonlar hərəkət edəcəkTokio Universitetindən olan alimlər qrupu tərəfindən smartfon üçün yaradılmış sadə aksesuar cihazın təkərlərin köməyi ilə hərəkət etməsinə imkan verir. Axşam.az ICTnews-a istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən yığılmış qurğu prototipi smartfon üçün çexoldan, həmçinin iki kiçik təkərə malik elektron moduldan ibarətdir. Modulun daxilində mikrokontroller, elektrik mühərrikləri və dönmə bucaqları tənzimçiləri yerləşdirilib. Çexol və təkərlər “3D” printerdə çap edilib. İstehsalçıların sözlərinə görə, smartfon üçün sözügedən təkərli modul bir sıra formada tətbiq edilə bilər. Məsələn, zəngli saatın çalması zamanı təkərli moduldan istifadəni nümunə göstərmək olar: smartfon sahibindən uzaqlaşaraq siqnalı söndürmək üçün onu hərəkət etməyə məcbur edir. Ancaq qurğunun imkanları bununla bitmir. Belə ki, mühərrikin gücü qurğunun kiçik obyektləri itələməsinə imkan verir. Bundan başqa, təkərli moduldan məsafə ölçən kimi istifadə etmək olar. Nəhayət, sözügedən aksesuarı elə sazlamaq olar ki, daxil olan zəng və ya vacib xəbərdarlıq zamanı smartfonu sahibinə doğru itələsin. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |