BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » “Əli və Nino” filmi “CinemaPlus” kinoteatrlarında nümayiş olunacaq

“Əli və Nino” filmi “CinemaPlus” kinoteatrlarında nümayiş olunacaq

Bakı, 16 sentyabr, AZƏRTAC
Səbirsizliklə gözlənilən “Əli və Nino” filmi oktyabrın 6-dan “CinemaPlus” kinoteatrlarında nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, film Azərbaycan dilində təqdim ediləcək.
“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.
Ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.
“Əli və Nino” filmi “CinemaPlus” kinoteatrlarında nümayiş olunacaqскачать dle 10.4 UTF-8Forex для начинающих