BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Los-Ancelesdəki yəhudi dini mərkəzində Azərbaycanda mövcud olan tolerantlıqdan danışılıb

Los-Ancelesdəki yəhudi dini mərkəzində Azərbaycanda mövcud olan tolerantlıqdan danışılıb

Los-Anceles, 20 sentyabr 2016
Los-Ancelesin nüfuzlu yəhudi dini ocaqlarından olan “University” sinaqoqunda Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib. Tədbirdə sinaqoqun dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev məruzə ilə çıxış edib.
Sinaqoqun rəhbəri Ravvin Morli Faynstayn tədbiri açaraq Azərbaycanın tolerantliq və multikulturalizm modelinin ibrətamiz xarakter yaşadığını, burada yəhudilərin min illərlə sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib. O, 1940-cı illərdə Parisdə çalışmış və Holokost zamanı minlərlə yəhudini ölümdən xilas etmiş Azərbaycan əsilli diplomat Əbdül-Hüseyn Sərdari Qajarı misal gətirərək tolerantlıq dəyərlərinin Azərbaycan xalqının kimliyinin və mədəniyyətinin daim ayrılmaz bir hissəsi olduğunu qeyd edib.
N.Ağayev çıxışında Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək bu gün ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir. Diplomat qeyd edib ki, bir çox ölkələrdən fərqli olaraq bu gün Azərbaycanda nəinki müxtəlif dinlər, həmçinin şiə və sünnilər də mehriban şəraitdə birgə yaşayırlar. Baş konsul vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dinlər və millətlərarası qarşılıqlı hörmət və etimad mühiti hər gün daha da güclənməkdə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanları genişlənməkdədir.
Baş konsul, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri, eləcə də Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı sıx tarixi dostluq əlaqələri barədə iştirakçıları məlumatlandırıb.
Sinaqoqun sabiq sədri, ABŞ-ın tanınmış hüquqşünaslarından olan Maykl Tuşin hazırda dünyanın bir çox ölkələrində qanlı toqquşmaların, xüsusilə də dini zəmində şiddətli qarşıdurmaların yaşandığı bir dövrdə Azərbaycan kimi qədim tolerantlıq ənənələri və etiqadlararası güclü birgəyaşayış təcrübəsi olan bir modelin öyrənilməsinə böyük zərurətin olduğunu diqqətə çatdırıb. M.Tuşin təmsil etdiyi sinaqoqun Azərbaycanı daha yaxından öyrənməyə və bu mütərəqqi modelin daha geniş ictimaiyyətə çatdırılmasına çalışacağını bildirib.
Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri, Los-Anceles
Los-Ancelesdəki yəhudi dini mərkəzində Azərbaycanda mövcud olan tolerantlıqdan danışılıb
Los-Ancelesdəki yəhudi dini mərkəzində Azərbaycanda mövcud olan tolerantlıqdan danışılıbскачать dle 10.4 UTF-8Forex для начинающих